Ukrayna Prezidenti Vladimir Zelenskinin fəaliyyəti onun impiçmentinə gətirə bilər.
Axar.az xəbər verir ki, bunu rusiyayönlü Müxalif Platforma Partiyasından olan deputat İlya Kiva deyib.
“Bizim ölkədə hakimiyyət dağılıb. Prezident Zelenski konstitusiyanın zəmanətçisidir. Əgər zəmanətçi konstitusiyanı üçüncü şəxslərin maraqlarına uğun olaraq ayaq altına atırsa, o zaman prezidentin impiçmenti əsas məsələ olmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Zelenski ilə digər siyasi güclər arasında toqquşma gəlir deklarasiyası ilə bağlı Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara görə yaranıb. Məhkəmənin doğru olmayan deklarasiyaya görə nəzərdə tutulan cinayət məsuliyyətini qəbul etməməsi Zelenskinin kəskin narazılığına səbəb olub. Zelenski rəsmən oliqarxlara qarşı savaşa başladığını bildirib.
