Aktrisa Serenay Sarıkaya ilə ayrılan məşhur şoumen Cem Yılmaz yeni eşqə yelkən açıb.
Bu barədə “Hurriyet” məlumat yayıb.
Belə ki, aktyor 27 oktyabrda baş tutan tamaşasına gələn aparıcı Səadət Özsırkıntı ilə yaxınlaşıb.
Özsırkıntı tamaşadan sonra Cemi kulisdə ziyarət edib, onların münasibəti də belə başlayıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Cem Yılmaz sevgilisi Dəfnə Samyeli ilə Serenayın rol aldığı “Alice” tamaşasını izləməyə gedib.
Daha sonra cütlüyün münasibəti pozulub və Cem, Serenay ilə eşq yaşamağa başlayıb.
Cütlük 1 həftə öncə ayrılıb.
