|
Portuqaliya hökuməti zeytun yağı ixracında tarixi maksimum nəticə gözləyir

Portuqaliyanın Kənd Təsərrüfatı naziri Mariya du Seu Antuneş bildirib ki, bu il Portuqaliya zeytun yağı ixracı hesabına 600 milyon avro gəlir əldə etməklə tarixi maksimuma nail olmalıdır.

AZƏRTAC xəbər verir ki, hazırda Portuqaliyanın ixrac potensialı kifayət qədər böyükdür. Zeytun Yağı İstehsalçıları Assosiasiyasının icraçı direktoru Qonsalo de Almeyda Simoynsun sözlərinə görə dünyada zeytun yağı istehlakının 7 faiz artacağı proqnozlaşdırılır.

Dünyada zeytun yağının səkkizinci ən böyük istehsalçısı olan Portuqaliyada 2021-ci ildə zeytun istehsalının 100 min ton azaldılması planlaşdırılır.

2019/2020-ci illərdə Portuqaliyada 140 min ton zeytun yağı istehsal edilib. Bu, son 80 ildə milli istehsalda rekord göstəricidir.