Erməni tərəf Laçın dəhlizi istiqamətində döyüşlərin getdiyinə dair məlumat yayıb.
Bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yayıb. Yayılan məlumatda “Ermənistanla Dağlıq Qarabağı birləşdirən əsas yol (Laçın dəhlizi) hazırda mülki şəxslərin hərəkəti üçün müvəqqəti bağlanıb”,-deyə bildirilir.
İşğalçı ölkə iddia edir ki, yolun qapadılmasının əsas səbəbi guya Azərbaycanın diversiya qruplarına qarşı əməliyyatların keçirilməsidir.
Bundan əlavə, işğalçı ölkə Şuşa-Laçın yolunun da “mülki əhali üçün” müvəqqəti bağlandığını açıqlayıb.
Düşmən dolayısı ilə etiraf edir ki, artıq onun üçün həlqə daralır və yeganə yolun Azərbaycan ordusunun nəzarət altına düşməsi ilə işğalçı ordu tam mühasirə vəziyyətində qalmış olacaq.
