Dünyaca məşhur azərbaycanlı idmançı Zabit Səmədov “Kuruluş Osman” serialında rol alacaq.
Musavat.com xəbər verir ki, bu barədə serialın prodüseri Mehmet Bozdağ sosial şəbəkədə məlumat verib:
“Bütün dünyada uğurları ilə bizi fərəhləndirən kikboksinq ustası Zabit Səmədov “Kuruluş Osman” serialına qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun!”,-deyə Bozdağ bildirib.
Qeyd edək ki, serialın baş rol ifaçısı Burak Özçivitdir.
