|
Çində qaz emalı zavodunda yanğın baş verib, 5 nəfər ölüb

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunun Beyhay şəhərində “PipeChina” şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) zavodunda baş verən yanğın zamanı azı 5 nəfər ölüb, daha 3 nəfər ağır yaralanıb və bir nəfər də itkin düşüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 11:45-də (Bakı vaxtı ilə 07:45-də) baş verib. Saat 11:55-ə qədər (Bakı vaxtı ilə 07:55) yanğın nəzarət altına alınıb.

Telekanalın verdiyi məlumata görə, yaralıların hamısına tibbi yardım göstərilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Yanğının səbəbi müəyyənləşdirilir və araşdırma aparılır.