|
Türkiyənin məşhur aktyoru koronavirusdan vəfat etdi

Türkiyənin məşhur aktyoru Orhan Çoban koronavirusdan dünyasını dəyişib.

82 yaşlı aktyor bir həftə öncə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin çoxsaylı mücadilələrinə baxmayaraq, aktyor dünyasını dəyişib.

Xatırladaq ki, Orhan Çoban "Yeşilçam"ın ən məşhur aktyorlarından biri sayılırdı.

O, "Cici Katibem", "Ekmekçi Kadın", "Yaprak Dökümü", "Turist Ömer", "Yamyamlar Arasında", "Şoför Nebahat", "Bir Genç Kızın Romanı", "Gerzek Şaban", "Üçkâğıtçı", "Yedi Bela Hüsnü", "Atla Gel Şaban", "Şendul Şaban" filmlərindəki obrazları ilə sevilib.