|
“Təcavüz etməsinlər deyə dava saldım, ürəyimdən bıçaqlandım” – Doğuş

Türkiyəli müğənni Doğuş “Youtube”da yayımlanan “Katarsis” proqramında qonaq olub.
O, uşaq evindən qaçıb, küçələrdə yaşadığı zamanlardan danışıb.  Doğuş bildirib ki, uşaq evindən qaçdığı üçün peşman olub:
“Uşaq evindən qaçdım. Ailəmdə tapmadığım sevgini küçələrdə tapdığımı düşünürdüm. Küçələrdəki dostlarımı qardaşım sandım, amma çox keçmədi ki, bunun bir xəta olduğunu anladım. Həmin illərdə küçələrdə çox pis hadisələr yaşadım”.

İfaçı həbsxanaya girməsindən də söhbət açıb:

“Anamı tapacağımı düşünürdüm. Uşaq evindən qaçmaq səhv addım idi. Oğurluq edib, Antalyaya gedəcəkdik.  Corab oğurladığımız üçün 14 yaşında həbsxanaya düşdüm. Orada mənə təcavüz etməsinlər deyə dava saldım, ürəyimdən bıçaqlandım”.
Qeyd edək ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün Arda və Arın adlı əkizləri var.