|
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon 200 mini ötüb

Azərbaycanda da qorxulu virus can almaqda davam edir

Dünyanı cənginə alan koronavirus kabusu can almaqda davam edir.

Payızın gəlməsi ilə koronavirusa yoluxanların da sayında kəskin artım müşahidə edilir. Həm Azərbaycanda, həm də dünyada karantin rejimi sərtləşdirilib.

Lakin bu kimi addımlar da yoluxmanı önləmir. Ekspertlər bildirirlər ki, buna əsas səbəb insanların məsuliyyətsiz davranışları, qaydalara məhəl qoymamaları, öz şəxsi gigiyenalarına lazımınca diqqət etməmələridir.

Bu qədər təbliğatlara rəğmən, Azərbaycanda ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Doğrudur, bir çox mağazalarda müştərilərə maskadan istifadə etmək tövsiyə edilir. Lakin müştərilər də bir çox hallarda maskanı doğru-düzgün taxmırlar. Nəticə isə göz önündədir: yoluxma 1000 nəfəri keçib...

Ekspertlər hesab edirlər ki, dövlət ön cəbhədə düşmənə ciddi zərbələr vurduğu kimi, arxa cəbhədə də vətəndaşını qorumaq üçün bütün lazımi tədbirləri görür.

Dünyada koronavirusdan ölənlərin sayı 277 minə çatdı | Report.az

Son olaraq pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə həmin rayonlara giriş-çıxış dayandırılıb. Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Heç şübhəsiz ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir.

Həkimlər, bu sahənin mütəxəssisləri də bildirirlər ki, hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.

Dünyada koronavirusdan ölənlərin sayı 473 mini ötdü » Newscenter.az

Dünyadakı statistika isə aşağıdakı kimidir:

Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 46 milyon 931 min 907 nəfərdir. Koronavirusan ölənlərin sayı isə 1 milyon 206 min 763 nəfərdir.

Dünyada koronavirusdan sağalanların sayı  isə artıq 33 milyon 805 min 297 nəfərə çatıb.

Dünyada günlük yoluxma sayı 50 mindən çoxdur. Günlük ölümlər də 5 mindən yuxarıdır.

Hazırda dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb ( 9 milyon 475 min 872 nəfər). Yoluxmanın ən çox qeydə alındığı ikinci ölkə isə Hindistandır (8 milyon 230 min 711 nəfər). Eyni siyahı üzrə üçüncü yerdə Braziliya gəlir (5 milyon 545 min 705 nəfər).