Erməni tərəfi israrla Qarabağdakı terrorçu qurumun oyuncaq “müdafiə naziri” Calal Arutyunyanın məhv edilməsi faktını ört-basdır etməyə çalışır.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bununla bağlı növbəti açıqlama ilə çıxış edib.
O, iddia edib ki, Arutyunyanın vəziyyəti “sabit ağırdır”. Bundan əvvəl erməni tərəfi Qarabağ terrorçusunun tezliklə işinin başına qayıdacağını deyirdi. Ancaq Ovannisyanın açıqlaması erməni ictimai rəyinin ölüm faktına hazırlanmasına daha çox oxşayır. MN rəsmisinin “vəziyyəti ağır olaraq qalır, ancaq sabitdir”, sözləri də bundan xəbər verir.
