|
"Belə bir şeyi ancaq yüksək cəsarətə sahib biri edə bilər"

CBC telekanalı Azərbaycandakı erməni əsirlərin müharibə barədə etiraflarından reportaj hazırlayıb.

Əsirlər Azərbaycan hərbçiləri ilə qarşılaşana qədər türkləri qəddar və qaniçən kimi təsəvvür etdiklərini deyiblər.

 10 günə yaxın bunkerdə gizlənən erməni əsirlərdən biri əsir götürülmə anı haqda da danışıb: “Dedi ki, bax daha da yaxın gəlirəm. Bronjiletsiz gəldi, silahı yerə qoydu. Dedi ki, bax sənin qarşındayam istəyirsən öldür məni, mən sənə güvənirəm. Mən silahı ona tuşlamışdım və yerim çox rahat idi. "Öldürmürsənsə, mənə güvən, ayağa qalx, danışaq" dedi. Belə bir şeyi ancaq yüksək cəsarət və hünərə sahib biri edə bilər. Daha sonra o məndən siqaret çəkib-çəkmədiyimi soruşdu və mənə iki siqaret verdi”.

Erməni əsirlər sonda həmvətənlərini silahlarını yerə qoyub evlərinə dönməyə çağırıblar və deyiblər ki, Qarabağ Azərbaycan torpağıdır.