Məşhur braziliyalı yazıçısı Paulo Koelio ötən həftə Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə zərər görənlərə maddi yardım edəcək.
Türkiyə mətbuatının yazdığına görə, bu barədə Paulo Koelionun özü sosial şəbəkədə məlumat yayıb. Yazıçı qeyd edib ki, Türkiyənin yanındadır, bunun üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatları vasitəsi ilə zəlzələdən əziyyət çəkən insanlara maddi yardım edəcək.
Xatırladaq ki, Paulo Koelio "Kimyagər", "Veronika ölməyə qərar verir", "Beşinci Dağ ", "Brida" və "Aldatma" kimi əsərləri dünyada məşhurdur.
