|
Hikmət Hacıyev ABŞ-ın şovinist erməni lobbi qruplarının “New York Times”a qarşı hücumlarını kəskin şəkildə qınayıb

“ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi "New York Times"a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını / azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik”. 

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşım edib.