Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (KKTC ) Azərbaycana dəstək mitinqi keçirilib.
Bu barədə Musavat.com -a Şimali Kiprdəyaşayan iş adamı, 1-ci Qarabağ müharibəsi qazisi Naim Aydoğdu məlumat verib.
Naim Aydoğdu bildirib ki, Azərbaycana dəstək mitinqini Şimali Kipr (KKTCi Ülkü Ocaqları ve KKTC-Azərbaycan dostluq dərnəyi birlikdə düzənləyib. Tədbir coşqulu geçib.
Dərnək başqanlarının, Şimali Kiprin millət vəkili Erhan Arıklının da çıxış etdikləri mitinqdə Azərbaycana qarşı yapılan beynəlxalq haqsızlıq və bu haqsızlıq qarşısında Türkiyənin vermiş olduğu ölçüsüz dəstək dilə gətirilib.
Mitinq Şimali Kiprin paytaxtı Lefkoşada və Girnə Qapı bölgəsində geçirilib.


