Teleaparıcı Xoşqədəm Hidayətqızı bu gün sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan çıxışı haqda açıqlama yayıb.
Musavat.com bildirir ki, Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə ictimai nüfuzuna xələl gətirmək istəyən bir qrupun peyda olduğunu qeyd edib:
“Onlar yəqin məni təhqir etmək, ictimai nüfuzuma zərbə vurmaq tapşırığı alıblar.Unutduqları bir şey var, bütün efirlərimiz arxivdə saxlanılır və paylaşıram, izləyin! 26 ildir artıq mən bu savaşdayam, bu və ya digər formada peşəkar fəaliyyətimə mane olanlar olub, var və olacaqlar da...
Təbii ki, bu günlərdə də bu cür naqisliklərlə qarşılaşıram. Bu kampaniyaya sifarişin də hardan gəldiyini bilirəm. Ancaq bu gün gözümüzün, qəlbimizin Qarabağda olduğu vaxtda erməni dəyirmanına su tökənlərdən yazmagı özümə rəva bilmirəm. İndi vaxtı deyil, yəqin ki, siz də mənimlə razısınız. Sizə söz verirəm ki, müharibə bitsin düşməndən qisasımızı alaq, o şəxslərlə baglı açıqlama verəcəm. Hələlik isə bu ləkələmə, iftira kampanyasını aparanlaradı sözüm - Dayanın!
Bu günlərdə məni unudun! Hədəfimiz düşmənimiz -erməni olsun . Ola bilər ki, məni düşmən bilirsiz. Mən “düşməninizə” qarşı mübarizənizi müvəqqəti dayandırın.
Bu gün hamımızın bir düşməni var: erməni. Qisasımızı alaq, sonra mənə qarşı savaşınıza qaldığınız yerdən başlayarsınız”.
Xoşqədəm Hidayətqızı izləyicilərindən ona qarşı qara kampaniya aparanları şikayət etməyi də xahiş edib:
“İzləyicilərimdən xahiş edirəm, məqsədli, yalan kampaniyasını aparanları şikayət edin. Erməni dəyirmanına su tökənlərə qarşı mübarizədə bir olmalıyıq!
Sevgilərimlə, Sizin Xoşqədəm Hidayətqızı”.
