|
BMT iqtisadiyyat üçün daha sarsıdıcı və ölümcül pandemiyaların olduğunu açıqladı

Birləşmiş Millətlər Təşkilatı “COVİD-19”dan daha ox ziyan vura biləcək epidemiyalar barədə xəbərdarlıq edib.

Təşkilata bağlı “Hökumətlərarası biomüxtəliflik və ekosistem xidmətləri üzrə elmi-siyasi platforma” (İPBES) tərəfindən yayımlanan hesabata əsasən, ətraf mühtin dağıdılması və hədsiz istehlak insanlarınn heyvan mənşəli viruslara yoluxması təhlükəsini qat-qat artırır.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “France 24” kanalı məlumat yayıb.

İPBES hazırkı dövrə qədər heyvanlarda 850 mindən çox virusun aşkarlandığını və onların hər birinin nəticə etibarı ilə bütün bəşəriyyətin qırılmasına gətirib çıxara biləcəyini vurğulayıb.

“Ecohealth Alliance” təşilatının rəhbəri Piter Daşak bütün bunların əvvəl axır yeni pandemiya risklərini doğura biləcəyinə diqqət çatdırıb.

Onun sözlərinə görə, “COVİD-19” əslində 1918-ci ildən bu yana müşahidə edilən 6-cı epidemiyadır. Hər il demək olar ki, pandemiyaya çevrilə təhlükəsini doğura biləcək 5 virus mənşəli infeksion xəstəlik peyda olur.

Qeyd etmək lazımdır ki, ekspertlər təkcə koronavirus pandemiyasının iyul ayından bu yana dünya iqtisadiyyatına 16 trilyon dollar zərər vurduğunu təsdiqləyiblər.