"Azərbaycanlı qardaşlarım, bacılarım, igidlərim və canlarım. Haqlı davanızda hər zaman yanınızdayıq".
Bu sözləri məşhur türkiyəli aktyor Halil İbrahim Kalaycıoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib. O, Azərbaycan xalqının yanında olduğunu dilə gətirib:
"Sizləri bu türk milləti tək qoymaz. Kefinizi yaxşı saxlayın. O şərəfsizlər sizin torpaqlarınızdan axır-əvvəl çıxarılacaq. Sizlərə uğurlar diləyirəm. Allah köməyinizdə olsun. Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm".
Qeyd edək ki, H. İbrahim 5 il “Kurtlar Vadisi Pusu” serialında rol alıb. O, hazırda “Hercai” serialında Mustafa bəy obrazını canlandırır.
