|
"Repetitorluqla bağlı qadağa yoxdur" - Təhsil naziri

"Repetitorluq təhsil müəssisələri sayılmır, tənzimlənməsi də problemdir”.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:"Buna görə o sahədə hər hansı qadağa nəzərdə tutulmur.

Nazir onu da bildirib ki, nazirlik bölgələrdə internet şəbəkəsinin tənzimlənməsi ilə bağlı işlər görür:" 10 mindən artıq müəllimin distant təhsilə cəlb edilməsi kimi planımız var".

E.Əmrullayev onu da bildirib ki, müxtəlif yaş qruplarından asılı olaraq bağçalar onlayn qaydada fəaliyyət göstərə bilərlər: "Hazırkı vəziyyətlə əlaqədər bağçalarda təhsilin ənənəvi qaydada fəaliyyəti gözlənilmir. Çünki bağçalarda onlayn təhsil mümkün deyil. Təbii olaraq könüllü olaraq bağçalar onlayn tədris həyata keçirə bilərlər".