“AirBaltic” aviaşirkəti bu həftədən etibarən qış cədvəlinə keçib və həmin qrafik çərçivəsində Tallindən 9 istiqamətə birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, “AirBaltic” qış mövsümü ərzində Tallindən Amsterdam, Berlin, Brüssel, Kopenhagen, London, Oslo, Riqa, Salzburq və Stokholm istiqamətində reyslər yerinə yetirəcək, bundan başqa, Riqadan tranzit keçməklə təxminən 40 marşrutdan yararlanmaq mümkün olacaq.
Latviya aviaşirkəti uçuşlar zamanı bütün sərnişinləri dezinfeksiyaedici salfetlər və qoruyucu maskalarla təmin edəcək.
