|
Mitinq olacaq

Azərbaycanda erməni soyqırımı iddialarına qarşı dinc aksiya keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının təşəbbüsü ilə keçiriləcək aksiya ermənilərin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” adı ilə dünya ictimaiyyətinə təqdim etməsi və 24 apreldə hadisələrin yüz illiyi olduğu üçün daha genişmiqyaslı təşviqata başlaması ilə bağlıdır.

Hərəkatın yaydığı bəyanatda qeyd edilir ki, aksiya soyqırım iddiasından öz maraqları üçün istifadə edən və bununla da həyata keçirmək istədikləri sülh prosesinə zərbə vuranlara qarşı planlaşdırılıb. 21 aprel saat 15:00-da Bakının fəvvarələr meydanında olacaq dinc aksiya “soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə keçiriləcək.