“Zeta” qasırğası nəticəsində ABŞ-da neft istehsalında azalma müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, tropik “Zeta” qasırğa xam neft hasilatının azalmasına səbəb olub. Belə ki, ABŞ körfəzi sahilindəki istehsal obyektlərinin yarısı hasilatı dayandırıb.
Ekspertlərin fikrincə, ABŞ körfəzindəki hasilat məhdudiyyətləri müvəqqəti xarakter daşıyır.
