|
Çeçenistan müftisi Emmanuel Makronu “1 nömrəli” terrorçu adlandırıb

Fransa prezidenti Emmanuel Makronun hərəkətləri İslam dininə hücumdur və bir çox insanın qurban getməsinə səbəb ola bilər.

Bu bəyanat Çeçenistanın müftisi Salah-Hacı Mejiyev tərəfindən verilib.

Onun sözləri muxtar respublikanın dini idarəsinin “İnstagram”dakı səhifəsində əks olunub.

“Makron, sən dünyada bir nömrəli terrorçusan. Sən bizim peyğəmbərimizi və bütün peyğəmbərləri, habelə bütün dinləri təhqir edərək, bəşəriyyətin, müsəlmanların düşməni olmusan. Sənin hərəkətlərinin heç bir əxlaqi dəyər və ölçüyə uyğun deyil”,-deyə Çeçenistanın baş ruhanisi qəzəbini ifadə edib.

Xatırladaq ki, Fransada bu ilin oktyabr ayında orta məktəb məllimi Samuel Patinin çeçen əsilli Abdulak Anzorov tərəfindən öldürülməsindən sonra prezident Emmanuel Makron İslam dini əleyhinə əxlaqsız cümlələr sərf edib və buna görə bütün dünyada təpki ilə üzləşib.