|
Türkiyənin sabiq Səhiyyə naziri Osman Durmuş vəfat edib

Türkiyənin sabiq Səhiyyə naziri Osman Durmuş 73 yaşında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, O. Durmuş beyninə qan sızması nəticəsində ötən həftə xəstəxanaya yerləşdirilib.

Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.