|
Məhv edildiyi iddia edilən "müdafiə naziri"ndən xəbər var -

Qondarma "DQR"-in "müdafiə naziri" Cəlal Arutyunyandan yeni xəbər var. Dünən axşam ordumuz tərəfindən öldürüldüyü deyilən Arutyunyan bu gün Qarabağ ermənilərinin rəhbəri Araik Arutyunyan tərəfindən postundan götürülüb. 

Araik Arutyunyan sosial şəbəkədə mesaj yazaraq bunu general C.Arutyunyanın yaralanması ilə əlaqələndirib və "məcburi addım" adlandırıb.

Qeyd edək ki, dünən Musavat.com mötəbər mənbələrdən Calal Aryutunyanın döyüşlərdə məhv edildiyi barədə məlumat alıb yaymışdı. Lakin məlumat ermənilər tərəfindən rəsmən təsdiqlənməmişdi. Araik Arutyunyanın bugünkü təyinatı göstərir ki, general ya gerçəkdən məhv olub, ya da elə bir xəsarət alıb ki, vəzifəsini icra edə bilmək iqtidarında deyil.

Qeyd edək ki, C.Arutyunyana oktyabrın 15-də general-leytenant rütbəsi verilmişdi. O, 1974-cü ildə Xocalı rayonunun Daşbulaq kəndində anadan olub.