|
Ramos tarixin ən yaxşı müdafiəçisi seçildi

"France Football" nəşri oxucuları arasında yeni sorğu keçirib.

Qol.az xəbər verir ki, sorğuda futbol azarkeşlərindən "Real"ın kapitanı Serxio Ramosun indiyə kimi ən yaxşı mərkəz müdafiəçisi olub-olmadığı soruşulub. Anket iştirakçılarının 62 faizi bu suala müsbət cavab verib.

Qeyd edək ki, 34 yaşlı Ramos Madrid təmsilçisi ilə 22 kubok qazanıb: 5 İspaniya çempionluğu, ölkənin 2 kubok və 4 superkuboku, 4 Çempionlar Liqası, 3 UEFA Superkuboku və 4 klublararası dünya kuboku. O, İspaniya millisinin tərkibində dünya çempionu və ikiqat Avropa çempionu olub.