|
Kreml: “Dağlıq Qarabağ ABŞ-la Rusiya arasında “çəkişmə” meydanı ola bilməz”

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistaın xarici işlrə nazirlərinin Vaşinqtondakı müzakirəlrəri barədə danışıb.

Musavat.com gazeta.ru saytna istinadən xəbər verir ki, Kreml rəsmisi ABŞ dövlət katibinin Dağlıq Qarabağ problemi üzrə müavini Stiven Biqanomsun tərəflərlə apardığı məsləhətləşmələri də dəyərləndirib.

Onun sözlərinə görə, hazırda özünü ən kəskin çağını yaşayan Dağlıq Qarabağ münaqişəsi “çəkişmə və rəqabətin meydanı” ola bilməz.

Bundan başqa, Dmitri Peskov rəsmi Moskvanın müharibənin başa çatması yönündə istənilən addımı alqışladığını söyləyib.

“Biz bölgədə situasiyanı diqqətlə izləyirik, hesab edirik ki, sülh yolunda başqa bu problemin başqa həlli yoxdur”,-deyə o qeyd edib.