|
"Trampın Qarabağla bağlı irəliləyiş açıqlaması..." - Kreml

Kreml ABŞ Prezidenti Donald Trampın Qarabağ münaqişəsində hansı irəliləyişi nəzərdə tutduğunu hələ ki bilmir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, daha öncə Tramp Qarabağ münaqişəsinə dair "çox yaxşı irəliləyiş" əldə etdiyini açıqlamışdı.