|
Azərbaycan Ordusunda 20 jurnalist döyüşür

Cəbhədə 20 Azərbaycan jurnalisti əsgər və zabit kimi, əlində silah vuruşur. 

Bu barədə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məlumat verib.

O deyib ki, həmin jurnalistlərin siyahısı Mətbuat Şurası İdarə Heyətində var: "Onlar vətəndaş olaraq, çağırışçı kimi, bir qismi isə könülü Azərbaycan Ordusuna qatılıblar. İdarə Heyəti döyüşən jurnalistlərin ailələrinə maddi dəstək olmaq üçün layihə üzərində çalışır". Bu da bizim - arxa cəbhədəki jurnalistlərin öz həmkarlarına dəstəyidir.

Qeyd: "Yeni Müsavat" Media Qrupu da döyüşən jurnalistlərə dəstək fonduna öz töhfəsini verəcək.

P.S. Şəkildə sabiq əməkdaşımız Məğrur Əli Poladdır.