|
Bakıda iki nəfəri avtomobil vurub

Bakının Nizami rayonunda iki nəfər qəza zamanı ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 1971-ci il təvəllüdlü Məmmədova Sevinc Yaqub qızı və 1978-ci il təvəllüdlü Şirinov İlham Zeynal oğlunu minik avtomobili vurub.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.