|
"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçında ilk qol vurulub.

10-cü dəqiqədə meydan sahibləri hesabı açıb.

"Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.

23:01

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə İsrailin "Makkabi" komandasına qarşı matçı start götürüb.

"Report"un məlumatına görə, "Blumfild" stadionunda qarşılaşma saat 23:00-da başlayıb.

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edir.