|
Prezidentin köməkçisi:

"Hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşən və möhtəşəm turizm mərkəzi olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub"

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşım edib.

Raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə yararlandığı SCUD raketlərindən istifadə edilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur", - deyə, paylaşımda qeyd olunub.