|
Gəncə terrorunu dünyaya çatdıran türkiyəli jurnalist:

Gəncə terrorunu dünyaya çatdıran türkiyəli jurnalistlərdən biri olan Osman Girgin paylaşdığı foto ilə hər kəsi kövrəldib.
"Haber Global TV"nin tanınmış jurnalisti Osman Girgin öz  "İnstagram" səhifəsində Gəncədə erməni işğalçıları tərəfindən raketlə dağıdılan evlərin önündən foto paylaşaraq, aşağıdakıları qeyd edib:
"Gəncəyə hücumun səhəri günü: artıq həyatda olmayan uşaqların məktəb dəftərini vərəqləyirəm. Yazdıqlarını, xəyallarını, xəyallarıma qatıram. Dilimdə bir azadlıq musiqisi var".