Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov futbol tarixinin ən yaxşısı hesab etdiyi oyunçuların adını açıqlayıb.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Pelenin adını çəkməmək olmaz, eyni zamanda Maradona, Messi, Kriştiano Ronaldo, braziliyalı Ronaldo və Zidan. Bu cür oyunçular çoxdur. Ancaq mən bu altı futbolçunu seçərdim".
Qeyd edək ki, H.Nurməhəmmədov oktyabrın 24-də - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Castin Geyci ilə qarşılaşacaq.
