Türkiyəli müğənni Sinan Akçıl yenidən barışdığı keçmiş arvadı Burcu Kıratlıyla ayrılıb.
Bu barədə “Hurriyyet” məlumat yayıb. İddiaya görə, cütlüyün ayrılmasına səbəb Nez adlı azərbaycanlı psixoloqdur. Nez Akçıldan hamilədir və bu səbəbdən Akçıl Kıratlıyla yaşadığı evdən ayrılıb, dostunun evinə yerləşib.
Qeyd edək ki, Sinanla Burcu 9 ay evli olub. Münasibətlərindəki problemlərdən dolayı boşanan cütlük daha sonra barışıb, birlikdə yaşayırdı.
