Azərbaycanın bir çox rayonlarında yayılan “Modulyar dermatit” virusu cənub bölgəsində tüğyan edir.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabaddan sonra virus Masallı və Lənkəran rayonlarını da bürüyüb. Lənkəran kəndlərində bu virusa 120 baş iribuynuzlu mal-qara yoluxub.
Lənkəran rayon zona baytarlıq İdarəsinin icraçı direktoru İftixar Teymurovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, xəstəlikdən tələf olan heyvan qeydə alınmayıb. Onun sözlərinə görə, müalicə davam etdirilir.
Qeyd edək ki, Lənkəranın Cır kəndində 2 baş heyvan qızdırma xəstəliyindən tələf olub.
