Gəncədə iki ayrı ünvana raket düşüb.
Bu barədə xəbərlərdə və sosial mediada yazılıb. Həmin xəbərlərdə qeyd olunur ki, bombalardan biri Süleyman Rəhimov küçəsinə düşüb. Digəri isə Aida İmanquliyeva küçəsinə təsadüf edib. Elə ən böyük faciə və dağıntı da Aida İmanquliyeva küçəsində olub.
Burada 12 nəfər mülki sakin ölüb, 40 nəfərdən çox sakin yaralanıb. S.Rəhimov küçəsində insan tələfatının olması barədə səhih məlumat yayılmayıb.
