|
Terrorçulardan nazirlik binasına hücum

Somalidə nazirlik binasına hücum həyata keçirilib. 

ANS PRESS-in məlumatına görə, Somalinin paytaxtı Moqadişuda Əl-Qaidə terror qruplaşmasına bağlı əş-Şəbab qruplaşması təhsil və neft nazirliklərinin yerləşdiyi hökumət binasına bombalı hücum edib. 

Somali hökuməti sözçüsü Ridvan Haci yaşanan hadisə ilə bağlı verdiyi açıqlamada 8-i mülki vətəndaş olmaqla, 10 nəfərin öldüyünü bildirib. 

Əş-Şəbab terrorçularından isə 7 nəfər məhv edilib. 

Somali dövlət radiosu baş verən hadisədə yaralıların da olduğunu açıqlayıb. Hökumət qüvvələri terrorçuların əlində olan girovları azad etməyə nail olublar. 

Xatırladaq ki, əş-Şəbab terrorçuları sonuncu dəfə bu ay Keniyada universitetə hücum etmiş və 148 nəfərin ölümünə səbəb olmuşdular.