Dünən gecə saatlarında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilməsi barədə məlumat yayıldı.
Xəbərdə bildirilirdi ki, K.Əliyev Baş DYP İdarəsinin İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.
Musavat.com-un əldə etdiyi məlumata görə isə Kamran Əliyev əslində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini vəzifəsinə təyin edilib.
Bu postun tələbi üzrə o, həm də İmtahan Qeydiyyat idarəsinin rəisi vəzifəsini daşıyacaq.