|
(SOCAR tərəfindən 1,3 milyon tona yaxın neft emal olunub
Bu ilin üçüncü rübü ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,3 milyon tona yaxın neft emal olunub. Bu barədə “Report” SOCAR-a istinadən məlumat verib. Bildirilir ki, eyni zamanda, bü müddət ərzində 827 milyon kubmetrdən çox təbii qaz emal olunub.