|
6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb
Ermənilər tərəfindən həyata keçirilən separatçı fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb. Bu barədə "Report"a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb: "Fəaliyyəti dayandırılmış və müvəqqəti olaraq başqa əraziyə köçürülmüş müəssisələrin tezliklə öz fəaliyyətlərini bərpa edəcəkləri barədə nikbinik!".