|
Türkiyə parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək. "Report"un Türkiyə bürosu xəbər verir ki, parlamenti nümayəndə heyəri 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə təsadüf edəcək və iki gün davam edəcək səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. M.Şentop eyni zamanda oktyabrın 20-də Milli Məclisdə çıxış edəcək. Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da var.