|
Hikmət Hacıyev: “Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”
“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”. Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib. “Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!”, - deyə H. Hacıyev qeyd edib. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.