|
ABŞ-ın baş infeksionisti Trampın tam sağaldığını bəyan edib
“Prezident Tramp artıq tam sağalıb, onun kimsə yoluxdurmaq təhlükəsi yoxdur”. APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında bildirib. O, prezidentdən götürülən son testlərin nəticələrinə istinad edərək bu qənaətə gəldiyini bildirib. Xatırladaq ki, ABŞ lideri və xanımı Melaniyanın oktyabrın 2-də yeni növ koronavirusa yoluxduğu bildirilmişdi. Oktyabrın 5-də isə Tramp müalicə olunduğu hospitaldan Ağ Evə qayıtmışdı.