|
Bakıda kişini motosiklet vurub
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib. Piyada keçidindən keçən 1962-ci il təvəllüdlü Hüseynov Əkbər Mirzəağa oğlunu yüksək sürətlə hərəkət edən motosiklet vurub. Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.