|
Serbiya Türkiyə ilə “Bayraktar” PUA-ları almaq üçün danışıqlar aparır

Serbiya Türkiyə ilə “Bayraktar” pilotsuz uçan aparatlarının (PUA) alınması ilə bağlı danışıqlar aparır.
Bu barədə respublikanın prezidenti Aleksandr Vuçiç yerli jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, hələ ki hərbi texnologiyanın əldə olunması ilə əlaqədar hər hansı razılaşma əldə edilməyib.

“Biz həqiqətən “Bayraktar”ları əldə etməkdə maraqlıyıq. Bizim hərbi ekspertlərimiz onların yüksək keyfiyyətli olduğunu söyləyirlər. Lakin ortada konkret saziş yoxdur. Sadəcə, bizə qiymət deyiblər və bu barədə fikirləşmək üçün vaxt istəmişik”,-deyə A.Vuçiç bildirib.

Serbiya prezidenti Silahlı qüvvələrin, əsasən, Rusiyadan alınan silahlarla komplektləşdirildiyini və hazırda əllərində yalnız Çindən alınan PUA-ların olduğunu qeyd edib.