Müğənni Günel Zeynalova Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadəni tənqid edib.
İfaçı aktrisanın Qarabağ müharibəsi ilə bağlı gec məlumat paylaşdığını bildirib. “Nəsrinin dəstəyi gec gəldi”,- deyə Günel sosial şəbəkədə qeyd edib.
Qeyd edək ki, aktrisa Azərbaycan ordusunun əks-hücum əməliyyatları başlayan zaman 2 milyon izləyicisi olan “İnstagram” səhifəsinin profil fotosunu Azərbaycan bayrağı ilə əvəzləyib.
O, üzərində Azərbaycan bayrağı olan geyimi ilə foto paylaşaraq “Yurdum, yuvam məskənimsən” şərhini yazıb. O ötən gün isə Gəncənin ermənilər tərəfindən vurulması ilə bağlı paylaşım edib.
