|
Bu rayonlarda qaz problemi olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 12:00-dək Suraxanı rayonun Qum adası yaşayış massivinə, saat 11:00-dan 13:00-dək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbəsinə, saat 12:00-dan 14:00-dək Biləsuvar rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Qardağ rayonunun Sənqəçal və Umbakı qəsəbələrinə, işlər başa çatanadək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.