|
Fransa baş naziri koronavirusla bağlı heç bir məhdudiyyət tətbiq etməyəcəklərini söyləyib

Fransa baş naziri Jan Kasteks ölkədə koronavirusun yenidən partlayış etməsi fonunda belə hər hansı məhdudiyyət tətbiq etməyəcəklərini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı “France İnfo” teleşirkətinə müsahibə verib.

Qeyd edək ki, təkcə bazar günü Fransda 43 min yeni yoluxma halı qeydə alınıb. Üstəlik ölkədə infeksiya ilə bağlı situasiya artıq kritik vəziyyət gəlib çatıb.

Fansanın Paris və Marsel də daxil olmaqla 9 şəhəri maksimal virus təhlükəli zona elan olunub.

“Bütün bunlarla birlikdə biz milli səviyyədə izolyasiyadan qaçmalıyıq”,-deyə Jan Kasteks bütün fransızları köməyə çağırıb.