|
Azərbaycanda daha 277 nəfər koronavirusa yoluxub,

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.