“Niyə bütün dünya Amerikada Floyd və digər qaradərililərin ölümündən narahat olduğu halda, heç kim Xocalıda öldürülən 613 azərbaycanlını xatırlamır? Çoxdan idi? Yaxşı, dünən Gəncədə öldürülənlər necə? Azərbaycanlıların həyatı amerikalıların və ya avropalıların həyatından daha az vacibdir? Yoxsa hamısı müsəlmanların orada yaşadığına görədir?”
Bu sözləri futbolçu Mahir Əmrəli sosial şəbəkədə yazıb.
O, Azərbaycan Ermənistan cəbhə xəttində yaşananlara belə reaksiya verib:
“Mənim ətrafımda müxtəlif millətlərin, dinlərin və siyasi baxışların nümayəndələri var, bu heç qəribə deyil, nəzərə alsaq ki, bir çox ölkələrdə olmuşam və çox qürur duyduğum "Qarabağ" (Ağdam) futbol klubunun şərəfini qoruyuram! Hər zaman dostlarım ilə belə söhbətlərdə bu mövzulardan qaçmağa çalışmışam.
Ancaq 30 il əvvəl baş verən münaqişə zəminində yaşanan kədərli hadisələri gördükdən sonra bu gün yalnız təsdiqlənmiş məlumatlardan istifadə edərkən fikirlərimi ətrafımdakılarla bölüşmək istədim.
Dünya birliyinin Azərbaycandakı hadisələrə necə reaksiya verdiyini görəndə kədərlənirəm və dəli oluram. Komediyaçıların, porno ulduzların və klounların sözləri nə vaxtdan bəri BMT-nin qətnamələrindən daha vacib oldu.
Azərbaycan üçün müharibə seçim deyil, dünya ictimaiyyətinin Qarabağ məsələsinə alçaq münasibətinin nəticəsidir.
Krım, Abxaziya və Cənubi Osetiya məsələsində edildiyi kimi, mümkün olan bütün məcburi sanksiyaları tətbiq edin”.
